AZ

Əfqanıstanda hücum: 5 ölü

Əfqanıstanın şimalındakı Kunduz əyalətində bank qarşısında həyata keçirilən hücum nəticəsində 5 nəfər həlak olub.

Publika.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Bildirilib ki, aralarında mülki vətəndaşlar və təhlükəsizlik qüvvələri də olmaqla 5 nəfər ölüb, 7-si yaralanıb.

Hücumun maaşlarını götürmək üçün banka gedən əfqan təhlükəsizlik işçilərinə qarşı həyata keçirildiyi iddia edilib.

Seçilən
9
8
publika.az

9Mənbələr