Gənclər Azərbaycanı beynəlxalq olimpiadalarda təmsil etməyə hazırlaşır
Təhsil İnsititutunun təşəbbüsü və "Azercell Telecom" MMC-nin dəstəyilə İT üzrə beynəlxalq olimpiadalara hazırlaşan milli komandamız üçün növbəti “Qış Kampı” təşkil olunub. Bu dəfə düşərgə çərçivəsində məktəblilərimiz Oxford Universitetinin Avtonom maşınların idarə olunması üzrə məzunu Tərlan Süleymanov və "Google" Texnologiya şirkətinin Poqram təminatı mühəndisi Rəhim Məmmədli ilə görüşmək, onların dəyərli təcrübəsindən faydalanmaq imkanı əldə ediblər. Qonaqlar iştirakçılara müasir proqramlaşdırma dilləri və texnologiyaları barədə master-klass keçiblər.
Ümumilikdə 6 gün davam edən təlim boyunca məktəblilər beynəlxalq olimpiada formatında keçirilən yarışlara qoşulub, məsələlərin ətraflı izahı və yeni mövzuların müzakirəsi yer alan sessiyalarda iştirak ediblər.
Beynəlxalq İnformatika Olimpiadasına (IOI) hazırlaşan iki məktəblimiz 27 yanvar – 4 fevral 2025 il tarixlərlərində Serbiyada təşkil edilən düşərgədə də iştirak ediblər.