AZ

MDB XİN rəhbərləri hərbi və sərhəd əməkdaşlığı məsələlərini müzakirə edəcəklər

MDB ölkələrinin Xarici İşlər Nazirləri Şurasının növbəti iclasında Müdafiə nazirlikləri və sərhəd qurumlarının xətti ilə əməkdaşlıq məsələlərinin müzakirə edilməsi planlaşdırılır.

Bu barədə MDB İcraiyyə Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Bu, bu gün Minskdə MDB ölkələrinin Daimi Nümayəndələri Şurasının növbədənkənar iclasında formalaşdırılan XİN Başçıları Şurasının gündəliyinin layihəsində nəzərdə tutulub.

"Görüş zamanı daimi nümayəndələr aprelin 11-də Almatıda keçiriləcək MDB Xarici İşlər Nazirləri Şurasının iclasının gündəliyinin layihəsini formalaşdırıblar. Sənəd müəyyən olunmuş qaydada MDB-yə üzv dövlətlərə göndəriləcək", - məlumatda qeyd olunub.

Seçilən
16
5
aznews.az

6Mənbələr