AZ

Vəsiyyəti həyata keçdi - Türkiyədə qəribə hadisə - FOTOLAR

Dünən 90 yaşında dünyasını dəyişən və 29 ildir xususi qoruduğu “Murat 124” markalı avtomobilində məzara aparılmasını istəyən Celil Gülənin arzusu həyata keçdi.

News24.az xəbər verir ki, Celil Gülənin tabutu vəsiyyətinə uyğun olaraq Murat 124-ün tavanında məzara aparılıb.

Gülənin kürəkəni, 58 yaşlı Osman Bal jurnalistlərə açıqlamasında qayınatasının avtomobilini çox sevdiyini və vaxtının çox hissəsini maşına baxmağa sərf etdiyini deyib.

Celil Gülənin cənazəsi günorta namazından sonra cənazə maşını ilə aparıldığı Pelitözü kənd qəbiristanlığında torpağa tapşırılıb.

Ağa Dadaşzadə


Seçilən
10
news24.az

1Mənbələr