AZ

HƏMAS: Qəzza razılaşmasının saxlanması İsrailin hərəkətlərindən asılıdır

Qəzza zolağında atəşkəs razılaşmasının davam etdirilməsi və israilli girovların fələstinli əsirlərlə dəyişdirilməsi tamamilə İsrailin hərəkətlərindən asılıdır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu HƏMAS hərəkatının Qətərdəki siyasi ofisinin yüksək vəzifəli üzvü Husam Badran deyib.

"Müqavilə [bütün müddəaları və təfərrüatları ilə] aydındır. Söhbət onun icrası zamanı işğalçı hakimiyyət orqanlarının yol verdiyi pozuntu və sui-istifadələrdən gedir", - deyə o, bildirib.

Badran həmçinin “İsrailin baş naziri Benyamin Netanyahunun müqavilədə göstərilən şərtləri manipulyasiya etməyə və yan keçməyə çalışır” fikrini də ifadə edib.

Seçilən
16
operativmm.az

1Mənbələr