AZ

Mərkəzi Bankın sədri fintex şirkətlərilə görüşüb

Mərkəzi Bankın sədri Taleh Kazımov və digər rəhbər şəxsləri Azərbaycan Fintex Assosiasiyasının üzvləri ilə görüşüb.

Marja xəbər verir ki, bu barədə Taleh Kazımov "X" sosial şəbəkəsində məlumat paylaşıb.

Görüş çərçivəsində maliyyə texnologiyaları və ödəniş sektoru üzrə ötən ilin fəaliyyət nəticələrini müzakirə edilib.

Həmçinin “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası” üzrə müəyyənləşdirilmiş strateji prioritetlərlə bağlı əldə olunmuş nəticələr və yaxın perspektivdə həyata keçiriləcək təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb.

Seçilən
15
marja.az

1Mənbələr