AZ

İtaliyada 75-ci “Sanremo” musiqi festivalı başlayır

İtaliyada sayca 75-ci “Sanremo” musiqi festivalı başlayır.

AZƏRTAC xəbər verir ki, fevralın 15-dək davam edəcək mahnı müsabiqəsində 29 iştirakçı yarışacaq, münsiflər heyətinin qərarı ilə seçilən 5 finalçı üçün səsvermə keçiriləcək.

“Birlikdə” devizi ilə keçirilən builki festivalın bədii rəhbəri və aparıcısı 2015-ci ildən 2017-ci ilədək tədbirə rəhbərlik edən Karlo Kontidir. “Ariston” tarixi teatrının səhnəsində keçiriləcək festival İtaliyanın “Rai” telekanalı vasitəsilə canlı yayımlanacaq.

Qeyd edək ki, “Sanremo” İtaliyanın məşhur mahnı müsabiqəsi və mükafatlandırma mərasimidir. “Sanremo” milli səviyyədə dünyanın ən uzunmüddətli illik televiziya musiqi yarışmasıdır.

Seçilən
8
yeniazerbaycan.com

1Mənbələr