AZ

Almeyda “Qarabağ”dan getdi

“Qarabağ” futbolçusu Riçard Almeyda ilə yollarını ayırıb.

İNFOAZ.WS klubun rəsmi saytına istinadən xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verilib.

2012-2018, 2019 və 2021-25-ci illərdə “köhlən atlar”da çıxış edən oyunçu 376 matçda 64 qol vurub.

Almeyda Premyer Liqada 254 (51 qol), kubokda 31 (5 qol), avrokuboklarda 91 (8 qol) dəfə komandanın formasını geyinib. O, 9 dəfə Azərbaycan çempionu, 5 dəfə Azərbaycan kubokunun qalibi adını qazanıb. Yarımmüdafiəçi 2017-23-cü illərdə çıxış etdiyi Azərbaycan millisində 31 oyunda 3 qol vurub.

Seçilən
58
49
infoaz.ws

10Mənbələr