"Biz niyə diasporadakı erməniləri Paşinyanla görüşməkdə günahlandırırıq?"
Bu sual erməni revanşist siyasətçi Edmon Marukyanın statusunda əks olunub.
"Nikol Paşinyan Ermənistan Respublikasının baş naziridir. Onu Nyu-York, Los-Anceles və ya Davos erməniləri seçməyib. Əgər biz onun apardığı siyasətə qarşıyıqsa, bu, bizim problemimizdir – Ermənistan vətəndaşlarının problemidir.
Lakin problemin həllini axtarmaq əvəzinə biz yenidən günahkar axtarırıq, hətta indi də onu diasporada qarşılayanların içində... Diaspora kimisə yaxşı və ya pis qarşılayaraq onu legitim və ya qeyri-legitim etmir. Problem Ermənistandadır", - deyə Marukyan bildirib.
Qeyd edək ki, Edmon Marukyan bir zamanlar Paşinyanın komandasında yer alıb və onun xüsusi işlər üzrə səfiri vəzifəsini daşıyıb.
Özünü liberal və qərbpərəst göstərməyə çalışan Marukyan Ermənistanda revanşist mövqeyi ilə tanınır.
Mənbə: musavat.com