Şoyqu Qazaxıstana gəlib
Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Rusiya və Qazaxıstan arasında ikitərəfli münasibətləri, təhlükəsizlik məsələlərini, eləcə də Suriyadakı vəziyyəti müzakirə etmək üçün Astanaya gəlib. Bu barədə TASS məlumat yayıb.
Rusiya Federasiyası Təhlükəsizlik Şurası aparatının mətbuat xidmətinin məlumatına görə, işgüzar səfər çərçivəsində Rusiya və Qazaxıstanın təhlükəsizlik şuralarının aparatları arasında ikitərəfli məsləhətləşmələr, həmçinin Qazaxıstan Təhlükəsizlik Şurasının katibi Gizat Nurdauletov ilə görüş planlaşdırılır.
İştirakçılar ikitərəfli münasibətlərin müxtəlif aspektlərini, beynəlxalq və regional təhlükəsizliyə mövcud çağırışları və təhdidləri, həmçinin Mərkəzi Asiya, Suriya və Əfqanıstandakı vəziyyəti müzakirə edəcəklər.
Şoyqunun Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevlə də görüşü gözlənilir.
aia.az
Tərcümə şöbəsi