"Qəbələ" heyətini yeni futbolçu ilə gücləndirib.
“Qəbələ” heyətinə yeni futbolçu qatıb
"Operativ Media" xəbər verir ki, "Qəbələ" akademiyasının yetirməsi olan İbrahim Ramazanov yenidən “qırmızı-qaralar”ın formasını geyinəcək. 20 yaşlı müdafiəçi “Turan Tovuz”dan icarəyə götürülüb. İcarə müddəti 1,5 il olan Ramazanov 2026-cı ilin yayına qədər “qırmızı-qara” formada çıxış edəcək.
Qeyd edək ki, İbrahim 2023/24 mövsümündə “Qəbələ”də 4 oyun keçirib.