AZ

Təbii ehtiyatların qanunsuz işlənməsi faktları üzrə cinayət işləri qaldırılıb

Baş Prokurorluq Bakının Qaradağ, Binəqədi və Xəzər rayonlarında, həmçinin Tərtər rayonunda qanunsuz hasilat aparılması və torpaq sahəsinin qanunsuz zəbt edilməsi faktları üzrə araşdırma aparıb.

Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən Nərimanov adına Neft və Qazçıxarma İdarəsi, Xəzər rayonu ərazisində yerləşən “Türkan-I” əhəngdaşı yatağında “İ.K.S.S” MMC, Tərtər rayonu ərazisində yerləşən “Tərtərçay” qum-çınqıl yatağında “Azəri” MMC, habelə Binəqədi rayonu ərazisində Goradil bağlar massivində naməlum şəxslərin torpaq sahələrini qanunsuz zəbt edərək mişar daşı, qum-çınqıl, qarışıq qum və süxur hasilatı işləri  apardığı müəyyən edilib. Nəticədə təbiətə 354 min manatdan artıq ziyan dəyib.

Fakt üzrə Cinayət Məcəlləsinin 188.1 (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma), 255.1, 255.2 (yerin təkinin qorunması və istifadəsi qaydalarını pozma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işləri başlanaraq istintaqın aparılması üçün Baş Prokurorluğun İstintaq İdarəsinə və daxili işlər orqanlarına göndərilib.

Seçilən
38
41
turan.az

10Mənbələr