AZ

Aİ-nin sərhəd avantürası - "Missiya" bu dəfə Qazax və Qubadlı istiqamətinə gəlib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Avropa İttifaqının (Aİ) Ermənistandakı "müşahidə missiyası"nın Azərbaycanla şərti sərhəddə avantürist addımları davam edir.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bu dəfə daha bir qrup Qazax və Qubadlı rayonu istiqamətinə gəlib.
Görüntülərdən aydın olur ki, Ermənistanla Azərbaycan arasındakı şərti sərhədə yerləşdirilən Aİ "missiyası"nın üzvləri durbinlə Azərbaycan ərazilərini müşahidə ediblər.
Qeyd edək ki, Azərbaycan tərəfi "missiya"nın fəaliyyətini diqqətlə izləyir. Rəsmi Bakı bununla bağlı dəfələrlə narazılığını bildirib, onun Azərbaycanla razılaşdırılmadan fəaliyyət göstərdiyini bəyan edib.
Seçilən
15
32
oxu.az

10Mənbələr