AZ

Aİ Rusiyaya qarşı 16-cı sanksiyalar paketini TƏSDİQLƏDİ

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Avropa İttifaqı (Aİ) XİN başçıları Rusiyaya qarşı 16-cı sanksiyalar paketini təsdiqləyiblər.
Oxu.Az-ın məlumatına görə, bu barədə "Reuters" agentliyi diplomatik mənbələrə istinadən xəbər verib.
Məlumat bütün nazirlərin Brüsselə gəlişi və Aİ Şurasının görüşünün başlamasından əvvəl yayılıb. Lakin bu, normal vəziyyətdir, çünki xarici işlər nazirləri adətən Rusiyaya qarşı sanksiya paketlərini şəxsi görüşdən əvvəl yazılı prosedurla təsdiqləyirlər.
Aİ "qara siyahı"ya 48 fiziki və 35 hüquqi şəxsi daxil edib. Sanksiyalar həmçinin Rusiyanın "kölgə donanmasına" aid olduğu iddia edilən 74 gəmiyə qarşı tətbiq olunub.
Seçilən
134
50
oxu.az

10Mənbələr