Qəbələdə çaydan qadın meyiti tapılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayon ərazisindən axan Türyançayda baş verib. Belə ki, Qəbələnin Savalan kənd sakini 65 yaşlı Maral Abdurəhmanovanın meyiti Türyançaydan tapılıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı rayon prokurorluğunda araşdırma başlanılıb.