AZ

Yegerin oğlu qanunsuz dəstə yaradıb

Rəşad İsmayılov Ağgöl Milli parkında qanunsuz balıq ovunun qarşısını ala biləcək? ..

Ağgöl Milli parkının yegeri Rahim Gəncəliyevin oğlu Məhəmməd Gəncəliyev və dəstəsi İmişli rayonunda balıq monopoliyası formalaşdırıb.

AzFakt.com xəbər saytı ötən həftə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində fəaliyyət göstərən Ağgöl Milli Parkında qanunsuz balıq ovu ilə bağlı oxuculara məlumat vermişdi.

Həmin məlumatda qeyd edilirdi ki, tonlarla balıq brakonyerlik yolu ilə əldə edilərək gizli satışa çıxarılır.

Milli Parkın ərazisində brakonyerliyi qoruğun mühafizəsi ilə məşğul olan yegerlər etdiyini qeyd etmişdik. Parkda brakonyerlik fəaliyyəti ilə məşğul olan mütəşəkkil dəstənin əsas rəhbərinin isə yeger vəzifəsində işləyən Rahim Gəncəliyev olduğunu bildirmişdik.

Məlumata görə Ağgöl Milli Parkında daimi qanunsuz balıq ovu ilə yeger Rahim Gəncəliyevin oğlu Məhəmməd Gəncəliyev və onun "ortaqları" məşğul olur. Məhəmməd Gəncəliyevin Ağgöl parkında sərbəst formada brakonyerlik fəaliyyəti ilə məşğul olmasına şəraiti atası Rahim Gəncəliyev və onun yüksək vəzifələrdə çalışan himayədarları yaradıb.

Ekologiya və Təbii Sərvətlər nazirinin birinci müavini, hazırda nazir vəzifəsini icra edən Rəşad İsmayılovun Ağgöl Milli Parkında verən qanunsuz brakonyerlik fəaliyyətinin qarşısını alacağına ümid edirik.

Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Poliqon.info

Seçilən
1
7
poliqon.info

8Mənbələr