AZ

Müqaviləsinə vaxtından əvvəl xitam verildi

“İnter” yarımmüdafiəçi Valentin Karboninin “Marsel”lə icarə müqaviləsini vaxtından əvvəl ləğv edib.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Argentinalı futbolçu 2024-cü ilin avqustunda Fransa klubuna transfer olunub.

“Marsel”də 4 oyun keçirən futbolçu oktyabrda çarpaz bağlarını zədələyib.

Seçilən
25
futbolpress.az

1Mənbələr