AZ

Qərb Rusiya ilə müharibəyə son qoymağa çağırıldı

Qərb Rusiya ilə mübarizəni dayandırmalı və danışıqlara başlamalıdır.

Ajans.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb. 

Qərb ölkələrini buna Hollandiyanın sağçı Demokratiya Forumu (FvD) partiyasının deputatı və Hollandiya parlamentinin üzvü Gideon van Meyeren çağırıb.

“Geosiyasi vəziyyət daim dəyişir, lakin bizim əsas ideyamız ondan ibarətdir ki, biz bütün bu sonsuz müharibələri, xüsusən də Rusiyaya qarşı müharibəni dayandırmalıyıq”.

Onun sözlərinə görə, FvD Niderlandda münaqişə başlayandan bəri sülhə çağırış edən yeganə siyasi partiyadır, çünki NATO-nun Rusiyaya qarşı sonsuz müharibəsi Hollandiya xalqının maraqlarına uyğun deyil.


Şahanə Paşazadə


Seçilən
12
1
azia.az

2Mənbələr