Azərbaycanda 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı təsdiqlənib.
Tədbirlər Planında nəzərdə tutulan tədbirlərin əlaqələndirilməsini və icrasına nəzarəti Prezident Administrasiyası həyata keçirəcək.
Nazirlər Kabineti Sərəncamdan irəli gələn məsələləri həll edəcək.