AZ

Ramazanov yenidən “Qəbələ”də

Azərbaycan Birinci Liqasında mübarizə aparan “Qəbələ” öz akademiyasının yetirməsi olan İbrahim Ramazanov ilə güclənib.

Arena.az bu barədə əyalət klubunun rəsmi saytına istinadən xəbər verir.

Xəbərdə bildirilir ki, “Qəbələ” heyətinə yeni futbolçu qatıb. Sözügedən klub İbrahimov Ramazanovu heyətinə qatıb. 20 yaşlı müdafiəçi “Turan Tovuz”dan icarəyə götürülüb. İcarə müddəti 1,5 il olan Ramazanov 2026-cı ilin yayına qədər “qırmızı-qara” formada çıxış edəcək.

Xatırladaq ki, İbrahim 2023/2024-cü illər mövsümündə “Qəbələ”də 4 oyun keçirib.

Seçilən
10
arena.az

1Mənbələr