AZ

Ukraynada ötən ay 139 dinc sakin öldürülüb

Dinc əhalinin ölümünə ən geniş yayılmış səbəb yaxınmənzilli PUA-lar olub.

2025-ci ilin yanvarında Ukraynada dinc əhalinin ölümünə ən geniş yayılmış səbəb yaxınmənzilli PUA-lar olub. Daha çox Xerson sakinləri əziyyət çəkirlər.

Operativ Media xəbər verir ki, bu barədə BMT-nin monitorinq missiyası məlumat yayıb.

BMT missiyası bildirib ki, 2025-ci ilin yanvarında azı 139 dinc sakin həlak olub, 738 nəfər xəsarət alıb. 38 nəfərin (27 faiz) ölüm səbəbi, 223 nəfərin (30 faiz) isə yaralanma səbəbi yaxınmənzilli PUA-lardan istifadə edilməklə həyata keçirilən hücumlar olub. Bu tip dronlar vasitəsilə avtomobillərində və ictimai nəqliyyatda olan dinc sakinlərin üzərinə partlayıcı vasitələr atırlar.

“Yaxınmənzilli pilotsuz uçuş aparatları cəbhəyanı ərazilərdə yaşayan dinc sakinlər üçün artıq ölümcül təhlükə mənbəyinə çevrilib”, - deyə missiyanın rəhbəri Daniel Bell bildirib.

Seçilən
9
29
operativmedia.az

10Mənbələr