Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında X turun oyunları keçirilib.
"Report" xəbər verir ki, günün ilk matçında Gəncə İdman Sarayında "Gəncə" "Azərreyl"lə qarşılaşıb və 3:0 hesablı qələbəyə sevinib.
Ardınca "Abşeron" "Murov Az Terminal"ı, "Milli Aviasiya Akademiyası" isə UNEC-i eyni hesabla üstələyib.
Son iki görüş Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutub.