Bakı. Trend:
Türkiyənin Quru və Dəniz Limanları Baş İdarəsinin nümayəndəsiMazen Alluş bəyan edib ki, ölkənin Ticarət Nazirliyi Suriyaməhsullarının idxalına icazə verib.
“Türkiyənin Quru və Dəniz limanları Baş İdarəsinin və TicarətNazirliyinin birgə iclasında aparılan müzakirələrin nəticəsiolaraq, Suriya mallarının və qida məhsullarının Türkiyə bazarlarınaixrac edilməsinə qoyulan qadağanın ləğv edilməsi ilə bağlı qərarqəbul olunub”, - deyə məlumatda qeyd olunub.
Trend xaricimediaya istinadla xəbər verir ki, Prezident Rəcəb Tayyib ƏrdoğanSuriyaya qarşı beynəlxalq sanksiyaların ləğv edilməsininzəruriliyini dəfələrlə vurğulayıb.
2024-cü il noyabr ayının sonunda silahlı müxalif birləşmələrSuriya ordusunun mövqelərinə hücum ediblər. Dekabrın 8-də onlarDəməşqə daxil olublar. Hökumət qüvvələri şəhəri tərk ediblər. BəşərƏsəd prezident səlahiyyətlərindən imtina edərək ölkəni tərkedib.
2024-cü ilin yanvar ayından İdlib əyalətində müxalifəttərəfindən yaradılmış qondarma “Xilasetmə hökuməti”nə rəhbərliketmiş Məhəmməd əl-Bəşir dekabrın 10-da özünü keçid dövründəSuriyanın hökumət rəhbəri elan edib. Bu dövr 2025-ci il martın 1-nəkimi davam edəcək.
Faktiki olaraq Suriyanın lideri “Həyat Təhrir əş-Şam”qruplaşmasının rəhbəri Əbu Məhəmməd əl-Culani ləqəbi ilə tanınanƏhməd əş-Şəraa olub. Bu il yanvarın 29-da yeni hakimiyyət keçiddövründə Suriya prezidentinin vəzifələrini əş-Şəraanın icraedəcəyini bildirib.