AZ

Yeri asteroiddən qorumaq üçün qrup yaradılıb

Çin asteroidlərin və digər göy cisimlərinin yaratdığı təhlükələrə qarşı mübarizə aparmaq üçün mütəxəssislərdən ibarət qrup formalaşdırmağa başlayıb.

Azreform.info AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə “South China Morning Post” nəşri məlumat yayıb.

Məlumata görə, qrupun məqsədi asteroidlərin tədqiqi və monitorinqi və asteroid təhlükələri barədə erkən xəbərdarlıq metodlarının işlənib hazırlanmasıdır. Çin Elmlər Akademiyasının Milli Kosmik Elm Mərkəzinin alimi Li Mingtao jurnalistlərə açıqlamasında Çinin asteroidlərdən müdafiə sahəsində böyük irəliləyiş əldə etdiyini bildirib.

“Gələcəkdə biz nəinki avadanlığın konfiqurasiyasını və performansını hərtərəfli təkmilləşdirməliyik, həm də asteroidlərdən müdafiə sahəsində ixtisaslaşmış istedadlı insanlardan ibarət komanda yetişdirməli, Yerin təhlükəsizliyinin qorunmasına Çin müdrikliyi və gücünü töhfə verməliyik”, - deyə çinli alim əlavə edib.

Nəşrin qeyd edib ki, qrupun yaranmasının səbəblərindən biri də yeddi ildən sonra planetimizlə toqquşa biləcək böyük asteroidin kəşfi olub. Fevralın 7-də Avropa Kosmik Agentliyi YR4 asteroidinin 2032-ci ildə Yerlə toqquşma ehtimalını yeniləyərək, onu planetimiz üçün kosmik risklər siyahısında birinci yerə qoyub.

Seçilən
1
4
azreform.info

5Mənbələr