AZ

Bu metrostansiyaların adları dəyişdirilə bilər

Xəbər verildiyi kimi, Azərbaycanda böyük şəhərlərdə prospekt, küçə, meydan və müvafiq ərazi vahidlərinə, metro stansiyalarına yeni adlar veriləcək. Bu barədə məlumat Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nda əksini tapıb.

Maraqlıdır, hansı küçələrin, metrostansiyaların adları dəyişdirilə bilər?

Demokratikmusavat.com  xəbər verir ki, Globalinfo.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev deyib ki, həm Bakı, həm də bir sıra şəhərlərdə, rayon mərkəzlərində bəzi küçə və prospektlərə qoyulan adlar öz əhəmiyyətini itirib:

“Müəyyən dövrlərdə qoyulan adlar dəyişdirilsə, daha yaxşı olar. Eyni zamanda bu, metro stansiyalarına da aiddir. “Gənclik”, “Sahil”, “Xalqlar Dostluğu”, “Ulduz” kimi adların yerinə, daha yaxşı seçimlər təklif edə bilərik”.

Ekspert bildirib ki, burada bəzi qəhrəmanların, vətən uğrunda döyüşən, əziyyətləri olan şəxslərin adları nəzərə alınsa, yaxşı olar:

“Ümumiyyətlə, bu addım gözəldir. Həm də “Konstitusiya və Suverenlik İli” ilə əlaqədar verilən qərar necə deyərlər, yerinə düşdü”.

Kriptovalyuta bazarında vəziyyət kəskin dəyişdi

Nazirlikdən qərar: Muay-tay Azərbaycan Kikboksinq Federasiyasının tərkibinə daxil edildi

Əfsanəvi Lionel Messi və komanda yoldaşları Bakıya gəlirlər

"Bilgəh" sanatoriyasının baş həkimi ambulator arayışı niyə qanunsuz sayır?

Ceyhun Bayramov İrana işgüzar səfərə yola düşüb

Ata məktəbli qızını paltarına görə döyüb pəncərədən atdı

Kənddə yaşayan əhali üçün hansı dövlət proqramları olmalıdır? - ŞƏRH

Diplom tanınmasına dair 9 nəfərə verilmiş şəhadətnamə ləğv olundu

Vəkillər Kollegiyası Qarabağ qazisinin ittihamı və iddiası qarşısında

SOCAR Slovakiyaya təbii qaz tədarükünə başlayıb

Seçilən
41
15
Demokratikmusavat.com

10Mənbələr