İstanbulda qara görə fevralın 12-də bütün məktəblər bağlanacaq.
Modern.az xəbər verir ki, bu barədə İstanbul valisi Davud Gül məlumat yayıb.
O bildirib ki, Meteoroloji məlumatlara görə, qar yağışı və soyuq havanın şəhərə təsirinin davam edəcəyi gözlənilir:
"Bu səbəbdən İstanbuldakı bütün təhsil müəssisələrində 12.02.2025 Çərşənbə günü təhsil və təlim bir gün müddətinə dayandırılacaq. Digər tərəfdən, dövlət müəssisələrində çalışan əlillər, xroniki xəstəlikləri olanlar və hamilə qadınlar da bir günlük icazəlidirlər", - deyə vali açıqlamasında bildirib.
Telegram kanalımız