AZ

"Qarabağ" - "Səbail" matçında hesab açıldı - Yenilənir

style='margin-bottom:10px;'>

Bu gün Misli Premyer Liqasında 22-ci tura yekun vurulacaq. 

QOL.az xəbər verir ki, son oyun günündə bir matç keçirilir. 

Çempionatın lideri “Qarabağ” sonuncu pillədə qərarlaşan “Səbail”i qəbul edir. 

Hazırda 50 xalla birinci yeri tutan Ağdam klubunun ən yaxın 3 izləyici bu turda xal itirib. Bu səbəbdən də Qurban Qurbanovun komandası qələbə qazanacağı təqdirdə aradakı xal fərqini bir qədər də artıracaq. 

Cari mövsümün ilk iki dövrəsində tərəflər arasında keçirilən matçlarda “Qarabağ”ın aşkar üstünlüyü var. İlk dövrədə rəqibini 2:1 hesabı ilə üstələyən Ağdam təmsilçisi ikinci matçda da 3:0 hesablı qələbəyə sevinib. 

Fevralın 5-də isə Ağdam klubu ölkə kubokunun 1/4 final mərhələsinin ilk oyununda “Səbail”in qapısından 1 cavabsız top keçirib.  

Misli Premyer Liqası, 3-cü dövrə, 22-ci tur

11 fevral

19:00. “Qarabağ” - “Səbail” - 1:0 (İkinci hissə)

Qol: Yassin Benzia, 76 - pen. 
Hakimlər:
Elçin Məsiyev, Pərvin Talıbov, Asiman Əzizli, Vüqar Həsənli.
VAR: İnqilab Məmmədov.
AVAR: Rahil Ramazanov.
Tofiq Bəhramov adına Respublika stadionu

9 fevral

“Şamaxı” - “Sumqayıt” - 1:0

“Sabah” - “Turan Tovuz” - 2:1

10 fevral

“Zirə” - “Neftçi” - 1:2 

“Araz-Naxçıvan” - “Kəpəz” - 0:0
 

Bombardirlər:

Coy-Lens Mikels ("Sabah") - 8 qol

Felipe Santos ("Araz Naxçıvan") - 8 qol

Davit Volkov ("Zirə") - 8 qol

Cesse Sekidika ("Sabah") - 8 qol

Leandro Anderade ("Qarabağ") - 7 qol

Pavol Şafranko ("Sabah") - 7 qol

Seçilən
1
7
teleqraf.com

9Mənbələr