AZ

Şahmat üzrə Azərbaycan çempionatında ilk finalçı məlum oldu

Şahmat üzrə Azərbaycan çempionatında ilk finalçı müəyyənləşib.

Yenicag.az xəbər verir ki, kişilərin mübarizəsində Şəhriyar Məmmədyarov hər iki görüşdə Misrətdin İskəndərova qalib gəlməklə adını finala yazdırıb (2:0). M.İskəndərov üçüncü yer uğrunda görüşdə iştirak edəcək.

Digər yarımfinalda Teymur Rəcəbov Rauf Məmmədovla ikinci oyunda da heç-heçə oynayıb. Cütün taleyi sabah tay-brekdə müəyyənləşəcək.

Qadınlarda Günay Məmmədzadə ilk partiyada uduzduğu Gülnar Məmmədovadan məğlubiyyətin əvəzini çıxıb. Bu yarımfinalda hesab bərabərləşib – 1:1. Sabah Məmmədzadə Məmmədovayla tay-brekdə qarşılaşacaq.

Ülviyyə Fətəliyeva və Gövhər Beydullayeva hər iki partiyada bərabərə qaldığından bu dueldə də finalçı tay-brekdə müəyyənləşəcək.

Qeyd edək ki, kişilərin yarışında mükafat fondu 60 min, qadınlarda isə 30 min manat təşkil edir.

Seçilən
47
16
yenicag.az

10Mənbələr