AZ

Şahmat: Azərbaycan çempionatında ilk finalçı bəlli oldu

Yanvarın 31-də start götürmüş şahmat üzrə Azərbaycan çempionatında bu gün ilk finalçının adına aydınlıq gəlib.

Arena.az xəbər verir ki, kişilərin mübarizəsində Şəhriyar Məmmədyarov hər iki görüşdə Misrətdin İskəndərova qalib gəlməklə adını finala yazdırıb – 2:0.

Bu məğlubiyyətə baxmayaraq, Misrətdin İskəndərov üçüncü yer uğrunda görüşdə iştirak etmək imkanı əldə edib.

Digər yarımfinalda Teymur Rəcəbov Rauf Məmmədovla ikinci oyunda da heç-heçə oynayıb. Cütün taleyi sabah tay-brekdə müəyyənləşəcək.

Qadınların yarışında Günay Məmmədzadə ilk partiyada uduzduğu Gülnar Məmmədovadan məğlubiyyətin əvəzini çıxıb. Bu yarımfinalda hesab bərabərləşib – 1:1. Sabah Məmmədzadə Məmmədovayla tay-brekdə qarşılaşacaq.

Ülviyyə Fətəliyeva və Gövhər Beydullayeva isə hər iki partiyada bərabərə qaldığından qalib məlum olmayıb. Bu dueldə də finalçı tay-brekdə müəyyənləşəcək.

Xatırladaq ki, kişilərin yarışında mükafat fondu 60 min, qadınlarda isə 30 min manat təşkil edir.

Şahmat üzrə Azərbaycan çempionatına fevralın 15-də yekun vurulacaq.

Seçilən
32
16
arena.az

10Mənbələr