Şahmat üzrə Azərbaycan çempionatında ilk finalçı müəyyənləşib.
Publika.az xəbər verir ki, kişilərin mübarizəsində Şəhriyar Məmmədyarov hər iki görüşdə Misrətdin İskəndərova qalib gəlməklə adını finala yazdırıb (2:0). M.İskəndərov üçüncü yer uğrunda görüşdə iştirak edəcək.
Digər yarımfinalda Teymur Rəcəbov Rauf Məmmədovla ikinci oyunda da heç-heçə oynayıb. Cütün taleyi sabah tay-brekdə müəyyənləşəcək.
Qadınlarda Günay Məmmədzadə ilk partiyada uduzduğu Gülnar Məmmədovadan məğlubiyyətin əvəzini çıxıb. Bu yarımfinalda hesab bərabərləşib - 1:1. Sabah Məmmədzadə Məmmədovayla tay-brekdə qarşılaşacaq.