AZ

“Qarabağ” “Səbail”i məğlub etdi  – YENİLƏNİB 

“Qarabağ” Misli Premyer Liqasında növbəti oyununu bu gün keçirilib.

İdmanxeber.az-ın məlumatına görə, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv XXII turda “Səbail”lə üz-üzə gəlib. 

Qarşılaşma Ağdam təmsilçisinin qələbəsilə başa çatıb – 5:0. Bu nəticənin ardından “Qarabağ” 53 xalla liderdir. Bakı klubu 16 xalla sonuncu – 10-cu pillədə qərarlaşıb.

Misli Premyer Liqası
III dövrə, XXII tur

11 fevral
19:00. “Qarabağ” – “Səbail” 5:0

Qollar: Yassin Benzia, 76 – pen; Leandro Andrade, 80, 85, Kadi Borges 89, Nəriman Axundzadə 90+3
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Asiman Əzizli, Vüqar Həsənli.
VAR: İnqilab Məmmədov.
AVAR: Rahil Ramazanov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Tofiq Bəhramov adına Respublika stadionu

Seçilən
19
1
idmanxeber.az

10Mənbələr