Misli Premyer Liqasında XXII tura bu gün yekun vurulub.
Offsideplus.az xəbər verir ki, günün son matçı "Qarabağ" və "Səbail" komandaları arasında baş tutub.
Görüş saat 19:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçirilib.
Misli Premyer Liqası, XXII tur
11 fevral (çərşənbə axşamı)
19:00 “Qarabağ” 5-0 “Səbail”
Qollar: Benzia, 76 (1:0); Leandro Andrade 80, 84 (3:0); Kadi, 88 (4:0); Nəriman, 90+3 (5:0)
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Asiman Əzizli, Vüqar Həsənli
VAR: İnqilab Məmmədov
AVAR: Rahil Ramazanov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Elçin Mehtiyev
Tofiq Bəhramov adına Respublika Stadionu