AZ

Coşqun Diniyev yeni klubu ilə müqavilə bağladı

Azərbaycan milli komandasının üzvü Coşqun Diniyevin "Çorum"a transferi rəsmiləşib.

Bizim.Media xəbər verir ki, bu barədə I Liqa klubunun mətbuat xidməti məlumat yayıb. 29 yaşlı yarımmüdafiəçi ilə 1,5 illik müqavilə imzalanıb.

Coşqun Diniyev bundan əvvəl "Bandırmaspor"da çıxış edirdi. Təcrübəli futbolçu bu mövsüm komandanın heyətində keçirdiyi 20 rəsmi matçda 2 qol ötürməsi ilə yadda qalıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
0
1
bizim.media

2Mənbələr