AZ

Paşinyanın ictimaiyyəti yanıldan açıqlamalar verməsinin məqsədi nədir? - ŞƏRH VİDEO

Ermənistan bir  tərəfdən hərbi xərclərini artırır, digər  tərəfdən isə Azərbaycanın ərazilərinə uzaq məsafəli zərbələr endirə biləcək hücum silahları əldə edir..

Ermənistanın baş naziri Nikol Paşinyanın "Armenpress"də dərc olunan məqaləsi dünya ictimaiyyətini yanıltmaq məqsədi daşıyır.

Bunu  Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə "Xəzər Xəbər"ə  müsahibəsində deyib. Məqalədə guya Azərbaycanın Ermənistana qarşı hücuma hazırlşadığı, bu məqsədlə Qərbi Azərbaycan icmasından istifadə etdiyi və bir sıra digər əsassız iddialar yayımlanıb.

Xarici İşlər Nazirliynin sözçüsü vurğulayıb ki, Ermənistanı hərbi potensialının artırılması Azərbaycanın təhlükəsizliyinə birbaşa təhdiddir.

Ermənistan öhdəliklərinin yerinə yetirilməsi, o cümlədən Azərbaycanın digər əraziləri ilə Naxçıvan Muxtar Respublikası arasında kommunikasiyaların açılması sahəsində əməli addımlar atmaq əvəzinə, diqqəti bu prosesdən yayındırır,-deyə Ayxan Hacızadə qeyd edib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
27
xezerxeber.az

1Mənbələr