AZ

Kiyevdə ŞÜBHƏLƏR YARANDI

Kiyevdə ABŞ Prezidenti Donald Tramp administrasiyasının Ukrayna Prezidenti Volodimir Zelenskini vəzifəsindən uzaqlaşdırmağa çalışması ilə bağlı şübhələr yaranıb.

Publika.az xəbər verir ki, bu barədə "Postimees" qəzeti məlumat yayıb.

"Reuters" məlumatlı mənbələrə istinadla fevralın 1-də bildirib ki, Trampın komandası Rusiya ilə atəşkəs kontekstində Ukrayna hakimiyyətini prezident seçkiləri keçirməyə həvəsləndirmək imkanlarını müzakirə edir. Bu seçkilərin qalibi Moskva ilə uzunmüddətli müqavilə danışıqları aparmaq vəzifəsini öz üzərinə götürə bilər.

“ABŞ-ın yeni administrasiyasının mesajları Kiyevdə çaşqınlıq yaradır, xüsusən də Tramp komandasının bu il seçkilərin keçirilməsinin zəruriliyi ilə bağlı son eyhamları”, - nəşr yazır.

Zelenskinin komandasına yaxın mənbə qeyd edib ki, seçkilərlə bağlı müzakirələr Vaşinqtonun Ukrayna Prezidentini vəzifəsindən uzaqlaşdırmaq niyyətini göstərə bilər. Onun fikrincə, Ağ Ev Zelenskini sülh danışıqları aparmaq üçün əlverişsiz hesab edir.

Seçilən
8
5
publika.az

6Mənbələr