Misli Premyer Liqasının XXII turun oyunlarına yekun vurulub.
90deqiqe.Az-ın məlumatına görə, turun son matçında "Qarabağ" "Səbail"i qəbul edib.
Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matçda "köhlən atlar" rəqibinə 5:0 hesabı ilə qalib gəlib.
Bu nəticədən sonra Ağdam təmsilçisi 53 xalla liderdir. "Səbail" isə 16 xalla sonuncu - 10-cu pillədə qərarlaşıb.