AZ

“Qarabağ” “Səbail”i böyük hesabla məğlub etdi

“Qarabağ” Misli Premyer Liqasının XXII turunun bağlanış oyununda “Səbail”i böyük hesabla məğlub edib.

Yenicag.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matçda rəqibini 5:0 hesabı ilə üstələyib.

Ağdam təmsilçisinin heyətində Yassin Benzia (76), Leandro Andrade (80, 85), Kadi Borges (88) və Nəriman Axundzadə (90+3) fərqlənib.

“Köhlən atlar” 53 xalla liderdir. Bakı klubu 16 xalla sonuncu – 10-cu pillədə qərarlaşıb.

Qeyd edək ki, turun əvvəlki matçlarında “Şamaxı” evdə “Sumqayıt”ı (1:0), “Sabah” isə “Turan Tovuz”u (2:1) məğlub edib. “Neftçi” səfərdə “Zirə”dən üstün olubsa (2:1), “Araz-Naxçıvan” – “Kəpəz” görüşündə hesab açılmayıb./Report/

Seçilən
9
17
yenicag.az

10Mənbələr