AZ

Cavid Hüseynov: "60-65 dəqiqə çox yaxşı futbol oynadıq"

"İki dəfə dalbadal "Qarabağ"la qarşılaşdıq. Üç gün sonra bu rəqibə qarşı oynamaq bizim kimi komanda üçün çətindir".

İdman.biz xəbər verir ki, bunu "Səbail"in baş məşqçisi Cavid Hüseynov "Qarabağ"la oyundan sonra keçirilən mətbuat konfransında deyib.

Gənc mütəxəssis Misli Premyer Liqasının 22-ci turunda səfərdə 0:5 hesablı məğlubiyyəti şərh edib: "60-65 dəqiqə çox yaxşı futbol oynadıq. Heyətimiz onsuz da kasaddır. Dünənki məşqdə 15 futbolçu iştirak edib. Zədəlilərimiz var. Geniş həyətimizin olmamasının təsiri oldu ki, gücümüzü 90 dəqiqəyə çatdıra bilmədik. Bir neçə gün öncə kubok matçı olmasaydı, bu gün 90 dəqiqə yaxşı mübarizə görə bilərdik. Heyətimizdə Qorka Laruçça xəstələnib. Dünən halı yaxşı deyildi. Marko Nikoliç iki oyundur bizə kömək edə bilmir. Fərid Nəbiyev dünən zədələnib".

Qeyd edək ki, "Səbail" 16 xalla sonunsu pillədə qərarlaşıb.

İdman.biz

Seçilən
13
3
idman.biz

6Mənbələr