Türkiyə Super Liqasının 25-ci turunda keçiriləcək "Qalatasaray" - "Fənərbağça" derbisinin tarixi məlum olub.
"Ölkə.az" xəbər verir ki, İstanbul nəhəngləri arasında qarşılaşma fevralın 24-də, yerli vaxtla saat 20.00-da (Bakı vaxtı ilə saat 21.00) baş tutacaq.
Qeyd edək ki, birinci dövrədə keçirilmiş qarşılaşmada "Qalatasaray" "Fənərbaxça"nı səfərdə 3:1 məğlub etmişdi.