Madridin "Real" klubu yay "transfer pəncərəsi"ndə diqqəti müdafiədəki problemlərə yönəltmək niyyətindədir.

Offsideplus.az xəbər verir ki, Karlo Ançelottinin komandası London "Arsenal"ından Uilyam Salibanı heyətinə qatmaq istəyir. Fransız futbolçunun transfer dəyəri 120 milyon avro qiymətləndirilir. Mərkəz müdafiəçisi "Real"da həmyerlisi Kilian Mbappe ilə oynamağı arzuladığından, bu keçidə müsbət yanaşır.

Qeyd edək ki, Saliba bu mövsüm bütün turnirlərdə 33 dəfə forma geyinib və 2 qol vurub. Onun " Arsenal"la müqaviləsi 2027-ci ilin yayına qədər nəzərdə tutulub.