AZ

Sumqayıtda ağır yol qəzasında dörd nəfər yaralanıb

Sumqayıt şəhərində ağır yol qəzası baş verib...

“Report”un yerli bürosu məlumat verir ki, şəhərin Sahil küçəsində “Opel” və “Renault” markalı avtomobillər toqquşub.

Qəza nəticəsində 4 nəfər xəsarət alıb, yaralılar dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar.

Sumqayıt Tibb Mərkəzindən “Report”un yerli bürosuna bildirilib ki, yol-nəqliyyat hadisəsi səbəbi ilə Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 1987, 1988, 1997 -ci il təvəllüdlü 3 şəxs (kişi cinsli) və 1987-ci il təvəllüdlü 1 şəxs (qadın cinsli) hospitalizasiya olunublar.

Müxtəlif bədən xəsarətləri alan şəxslərə təcili yardım şöbəsində müvafiq tibbi yardımlar göstərilib.

Poliqon.info

Seçilən
9
14
poliqon.info

10Mənbələr