AZ

Ankara Ukrayna böhranının həlli proseslərində iştirak etməkdə maraqlıdır – Rusiyanın Türkiyədəki səfiri Aleksey Yerxov

Rusiyanın Türkiyədəki səfiri Aleksey Yerxov bildirib ki, Ankara Ukrayna böhranının həlli proseslərində iştirak etməkdə maraqlıdır.

“Türkiyə sonrakı mərhələlərdə töhfə verməyə hazır olduğunu göstərib və indi də bunu etməyə davam edir. Biz Rusiyada real sülh təşəbbüsləri və təkliflərini müzakirə etməyə hazırıq”. – Aleksey Yerxov

Diplomat qeyd edib ki, Ankara əvvəlcə münaqişəni danışıqlar masası arxasında həll etmək niyyətini nümayiş etdirib və bu, Moskva tərəfindən yüksək qiymətləndirilib. Yerxov qeyd edib ki, vasitəçi roluna iddialı olan ölkələr qərəzli yanaşmadan çəkinməli və münaqişə tərəflərindən birinin maraqlarını təbliğ etməməlidir.

//Samir Qurbanov, Editor.az

Seçilən
9
editor.az

1Mənbələr