“İnter”in aparıcı hücumçularından olan Markus Türam zədələnib.
O, A seriyasının 24-cü turunun “Fiorentina” ilə matçında sıradan çıxıb. 27 yaşlı fransalı hücumçu oyuna davam edə bilməyib və Marko Arnautoviçlə əvəzlənib. Türamın zədəsinin ciddi olduğu güman edilir. Onun son durmuna tibbi müayinədən sonra aydınlıq gələcək.
Markus bu mövsüm “İnter”in heyətində bütün turnirlərdə 32 oyun keçirib, 14 qol vurub və 8 məhsuldar ötürmə edib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta