AZ

Almaniyada sürət qatarı yük maşını ilə toqquşdu: Yaralananlar var

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Almaniyada sürət qatarının yük maşını ilə toqquşması nəticəsində ən azı 12 nəfər xəsarət alıb.
Oxu.Az xəbər verir ki, bu barədə DPA agentliyi yanğınsöndürmə xidmətinin nümayəndəsinə istinadən bildirib.
Məlumata görə, qəza Aşağı Saksoniya federal əyalətində baş verib. Təcili əyləcin işə salınmasına baxmayaraq, içərisində 269 nəfərin olduğu qatar dəmir yolu keçidində yük maşınına çırpılıb.
Ümumilikdə 12 nəfərin yaralandığı, onlardan birinin ağır vəziyyətdə xəstəxanaya çatdırıldığı qeyd edilir.
Agentliyin məlumatına görə, Hamburq-Harburq-Maşen dəmir yolu xətti bağlanıb. Qatarların hərəkət istiqaməti dəyişdiriləcək.
Seçilən
6
oxu.az

1Mənbələr