AZ

44 günlük müharibə zamanı daşınar və daşınmaz əmlaklara 187 milyon manatdan artıq ziyan vurulub - Dövlət ittihamçısı

Bakı. Trend:

44 günlük müharibə zamanı daşınar və daşınmaz əmlaklara 187milyon manatdan artıq ziyan vurulub.

Trend xəbər verir ki, bunu fevralın 11-dəErmənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinəcinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibəninhazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını vəadətlərini pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə,hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylıcinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasınınvətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan,Davit İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan və digərlərininbarəsində olan cinayəti işləri üzrə məhkəmə prosesinin baxış iclasızamanı dövlət ittihamçısı Təranə Məmmədova ittiham aktına əsasən2016-cı il tarixli Aprel döyüşləri, 2020-ci il tarixli Tovuzdöyüşləri və İkinci Qarabağ müharibəsi dövründə törədilmişterrorçuluq cinayətlərini elan edərkən deyib.

Bildirilib ki, 2020-ci il iyulun 12-16, 17, 24 və 25-də vahidniyyətlə aparılan təcavüzkar müharibənin növbəti mərhələsindəiriçaplı silahlar və digər odlu silahlardan atəşlər açmaqla Tovuzrayonunun Ağdam kəndində 1 mülki şəxsi qəsdən öldürülüb, Tovuzrayonu Ağdam kəndindən 11 nəfər, Dondar Quşçu kəndindən 35 nəfər,Əlibəyli kəndindən 4 nəfər, Yuxarı Öysüzlü kəndindən 4 nəfər,Vahidli kəndindən 8 nəfər, Aşağı Öysüzlü kəndindən 1 nəfər, Qazaxrayonu Xanlıqlar kəndindən 6 nəfər olmaqla, ümumilikdə 69 mülkişəxsə məxsus fərdi yaşayış evlərinə və təsərrüfatlara 594 minmanatdan artıq məbləğdə maddi ziyan vurulub.

Xüsusilə vurğulanıb ki, Ermənistan Respublikasının işğal altındasaxladığı Azərbaycan Respublikasının ərazilərinə Ermənistanistiqamətindən daşıyaraq gətirib qurduğu mühəndis-istehkammövqelərində əvvəlcədən yerləşdirdikləri Rusiya Federasiyasındaistehsal edilmiş “Smerç” yaylım atəşli reaktiv sistem və ErmənistanRespublikası ərazisində Azərbaycan Respublikası ilə şərti təmasxəttində yerləşdirdikləri Rusiya Federasiyasında istehsal edilmiş“9K72”-“Elbrus” əməliyyat-taktiki təyinatlı raket kompleksindənistifadə edilməklə 2020-ci il oktyabrın 4-dən 17-dək olan müddətərzində Gəncə şəhərinə davamlı şəkildə intensiv atəşlər açıb raketpartlayışları zərbələri yetirməklə ümumilikdə 26 mülki şəxsi qəsdənöldürüb, 175 mülki şəxsə qəsdən müxtəlif dərəcəli bədən xəsarətləriyetiriblər.

Bununla yanaşı, 2020-ci il oktyabrın 5-dən noyabrın 7-dək olanmüddət ərzində “Qrad” və “Smerç” markalı reaktiv yaylım atəşsistemlərindən, həmçinin “Cluster” tipli ballistik raketlərdən,minaatanlardan, digər iriçaplı silahlardan açdıqları atəşlərləBərdə rayonunda vahid niyyətlə ümumilikdə 29 mülki şəxs qəsdənöldürülüb, 103 mülki şəxsə qəsdən müxtəlif dərəcəli bədənxəsarətləri yetiriblər.

Ümumilikdə 44 günlük Vətən müharibəsi zamanı Gəncə və Mingəçevirşəhərləri, Tərtər, Ağdam, Bərdə, Ağcabədi, Füzuli, Goranboy(Naftalan), Beyləqan, Cəbrayıl, Kürdəmir və Qəbələ rayonları üzrəümumilikdə dövlət və xüsusi mülkiyyətdə olan daşınar və daşınmazəmlaklara 187 milyon manatdan artıq məbləğdə maddi ziyanvurulub.

Həmçinin 25 epizod üzrə Şuşa şəhəri, Xocavənd rayonununQaradağlı kəndi, Xocalı rayonu və digər ərazilərdə köməksizvəziyyətdə qalmış şəxslərin daşınması üçün həmin ərazilərə uçuşhəyata keçirən helikopterlərin müxtəlif silahlardan atəşətutulması, pilot və sərnişinlərə xəsarət yetirilməsi, eləcə dəhelikopterlərə ziyan vurulması, Bakı-Tbilisi-Ceyhan Neft Kəmərininvə Qərb İxrac Boru Kəmərinin Goranboy və Yevlax rayonlarıərazisindən keçən hissəsinin partladılmasına cəhd göstərilməsi vədigər terror aktlarına dair epizodlar da elan edilib.

Məqalədə:
Seçilən
23
3
az.trend.az

10Mənbələr