AZ

"Qarabağ"da qalardım, amma..." - Lunev

Moskva “Dinamo”sunun qapıçısı Andrey Lunev “Qarabağ”da Azərbaycanda çıxış etdiyi dövrü ilə bağlı danışıb.

90deqiqe.Az xəbər verir ki, "Sport24" təcrübəli qolkiperin dediklərini belə çatdırıb.

“Mənə "Qarabağ"da qalmağı təklif etdilər, orada mənə hər şey uyğun gəlirdi, Bakı super şəhərdir, çox rahatdır. Mən məmnuniyyətlə qalardim, amma Moskvada uşaq və onun inkişafı üçün daha çox imkanlar var”

Xatırladaq ki, rusiyalı qolkiper bir mövsüm “Qarabağ”da çıxış edərək ölkə çempionu olub. 2024-cü ilin yayından Lunev Moskva Dinamosunun qapısını qoruyur. Daha əvvəl Lunev karyerasını niyə başqa bölgənin klubunda deyil, Rusiyanın paytaxt klubunda davam etdirmək qərarına gəldiyini açıqlayıb.

Seçilən
5
90deqiqe.az

1Mənbələr