AZ

“Həqiqət balı”

Amsterdam Universitetindən (UvA) Petter Törnberq və Amsterdam Azad Universitetindən (VU) Culiana Çuerinin həmmüəllifi olduqları məqalədə sağ və solun saxta xəbər yaymaq qabiliyyəti araşdırılıb.

Radikal sağçı populistlərin bu baxımdan əsas və ya radikal solçu partiyaların üzvlərindən qat-qat güclü olduğu aşkar edilib.

Saxta xəbərlərin yayılmasının radikal sağın strategiyasında mühüm yer tutduğu müəyyən edilib.

Petter Törnberq araşdırma haqqında danışarkən, “Radikal sağçı populistlər dezinformasiyadan demokratiyanı dəyərsizləşdirmək və siyasi üstünlük əldə etmək üçün istifadə edirlər. Araşdırma nəticəsində müəyyən etdik ki, qanunvericilərin, tədqiqatçıların və cəmiyyətin dezinformasiyanın və radikal sağçı populizmin bir-birinə qarışan dinamikasını anlamaq üçün təcili tədbirlərə ehtiyac var”, – deyib.

Tədqiqatda 17 Avropa Birliyinə üzv ölkə ilə yanaşı, Böyük Britaniya, ABŞ, Avstraliya, İsveçrə, İslandiya, Kanada, Norveç, Yeni Zelandiya və Türkiyə iştirak edib.

2017-2022-ci illər arasında bu ölkələrin bütün parlamentarilərinin tvitləri araşdırılıb.

Siyasi baxışları əvvəlki tədqiqatların məlumatlarına əsasən təsnif edilən 8198 deputatın 32 milyon postu araşdırılıb. 18 milyon paylaşılan keçidin dəqiqliyi fakt yoxlayan saytların məlumatları ilə təhlil edilib.

Hər bir siyasətçi və siyasi partiya üçün “həqiqət balı” müəyyən edilib.

Radikal sağçı populistlərin saxta xəbərlərə çox meylli olduğu, sağ mərkəzçi, sol-mərkəzçi və radikal sol populist partiyaların isə bu məlumatı yaymaqla bağlı olmadığı aşkar edilib.

Alimlər vurğuladılar ki, İlon Mask “Twitter”i alıb adını X olaraq dəyişdirəndə sosial media platforması məlumatlara çıxış təmin etməyib, yəni bu gün belə bir araşdırma apara bilməyəcəklər.

Seçilən
50
vaxt.az

1Mənbələr