Ukrayna Avropa İttifaqı ilə sərhədlərdə birgə gömrük və sərhəd nəzarətinin həyata keçirilməsinə hazırlaşır.
Publika.az xəbər verir ki, bunu Ukraynanın Baş naziri Denis Şmıqal hökumətin iclasında bəyan edib. Onun sözlərinə görə, artıq 2025-ci ildə Ukrayna-Polşa sərhədində pilot layihəyə başlanılması planlaşdırılır.
“Bu il Ukrayna-Polşa sərhədində pilot layihənin başlanmasına ümid edirik”, - deyə Baş nazir söyləyib.