AZ

Xalq istədiyi yerə, mənzil başına zamanında çatacaq, tıxacda qalmayacaq - AÇIQLAMA

Bakıda nəqliyyat axınını optimallaşdırmaq məqsədilə iş rejimi dəyişkən qrafikə əsasən tənzimlənəcək.

Bəs Bakıda dəyişən iş qrafiki nəqliyyat sıxlığını, tıxacları azalda biləcəkmi?

Mövzu ilə bağlı danışan nəqliyyat eksperti İlqar Hüseynov bildirdi ki, dəyişkən iş qrafiki ilə bağlı müəyyən ilkin razılaşmalar var:

08:00, 09:00, 10:00 saatlarından iş başlayacaq. Müxtəlif iş yerlərinin xüsusiyyətinə görə bu dəyişir. İnsanlar çalışdıqları iş yerlərinə 1 saat zaman fərqi ilə və hissə-hissə gedəcəklər. Belə düşünək, bir anda bütün ölkə boyu saat 09:00 müəyyənləşibsə, o zaman 09:00 saatında hər kəs işə çatmaq üçün saat 08:00-da hərəkətlənməyə başlayır. İş 08:00 saatında müəyyənləşibsə işə çatmaq üçün 07:00-da hərəkətlənəcək. Bu isə tıxaca səbəb olardı".

Avtobus parklarının yenilənməsinə çox ciddi ehtiyac var- EKSPERT

Ekspertin sözlərinə görə, iş qrafikinin dəyişkən qrafikə keçirilməsi düzgün addımdır.

"İnsanlar həm də mənzil başına çatdıqda dayanacaqlar. İstər ictimai nəqliyyatdan istifadə edənlər, istər şəxsi nəqliyyatdan, beləliklə bu 1 saat zaman fərqi kifayət qədər imkan yaradacaq. Şəhər infrastrukturuna, prospektlərin yüklənməsinin qarşısının alınmasına köməklik göstərəcək. Gözləntimiz bundan ibarətdir ki, dəyişkən iş qrafikinə keçdikdən sonra müəyyən mənada tıxacların azalmasının şahidi olacağıq. Xalq istədiyi yerə, mənzil başına zamanında çatacaq. İşlə bağlı narahatçılıq yaranmayacaq və tıxacda qalmayacaqlar. Bu da zaman qənaətinə gətirib çıxaracaq"- deyə İlqar Hüseynov bildirdi.(Redaktor. az)

Aytəkin TOFİQQIZI

Kriptovalyuta bazarında vəziyyət kəskin dəyişdi

Nazirlikdən qərar: Muay-tay Azərbaycan Kikboksinq Federasiyasının tərkibinə daxil edildi

Əfsanəvi Lionel Messi və komanda yoldaşları Bakıya gəlirlər

"Bilgəh" sanatoriyasının baş həkimi ambulator arayışı niyə qanunsuz sayır?

Ceyhun Bayramov İrana işgüzar səfərə yola düşüb

Ata məktəbli qızını paltarına görə döyüb pəncərədən atdı

Kənddə yaşayan əhali üçün hansı dövlət proqramları olmalıdır? - ŞƏRH

Diplom tanınmasına dair 9 nəfərə verilmiş şəhadətnamə ləğv olundu

Vəkillər Kollegiyası Qarabağ qazisinin ittihamı və iddiası qarşısında

SOCAR Slovakiyaya təbii qaz tədarükünə başlayıb

Seçilən
27
1
Demokratikmusavat.com

3Mənbələr