AZ

İtaliyada mafiyanın 181 üzvü həbs olunub

Roma, 12 fevral, AZƏRTAC

İtaliyanın Siciliya adasında təhlükəsizlik qüvvələrinin həyata keçirdiyi birgə əməliyyat nəticəsində “Koza Nostra” (Cosa Nostra) mafiya şəbəkəsinə daxil olan 181 nəfər həbs edilib.

AZƏRTAC xəbər verir ki, Palermoda keçirilən əməliyyat zamanı həbs olunanlar narkotik vasitələrin qanunsuz dövriyyəsi, korrupsiya, silah saxlama, şantaj və digər cinayət əməllərində şübhəli bilinirlər.

İtaliyanın Baş naziri Ciorcia Meloni əməliyyat nəticəsində “Koza Nostra” mafiya qruplaşmasına çox ağır zərbə vurulduğunu və dövlətin mütəşəkkil cinayətkarlığa qarşı mübarizəsini davam etdirəcəyini bildirib.

 
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Seçilən
29
4
azertag.az

5Mənbələr